ELDOC

Yeni nəsil mərkəzləşdirilmiş elektron sənəd dövriyyəsi sistemi.

Süni intellektlə gücləndirilmiş, təhlükəsiz bulud əsaslı Eldoc təşkilat daxilində və təşkilatlar arasında yazışmaları, tapşırıqları və biznes proseslərini vahid mühitdə birləşdirərək mərkəzləşdirilmiş monitorinq və administrasiya imkanları təqdim edir.

Yazışmalar, tapşırıqlar və biznes prosesləri

Kargüzarlıq mərkəzi

Daxil olan yazışmaların qəbulu, qeydiyyatı və dərkənar və ya icra üçün yönləndirilməsi, xaric olan yazışmaların korreksiyası və göndərilməsi, eləcə də bütün kargüzarlıq prosesinə tam nəzarət.

Dinamik biznes prosesləri

Səlahiyyətlərə əsaslanan, prosesin gedişində dəyişdirilə bilən biznes prosesləri və təkrar istifadə üçün fərdi şablonlar.

Dərkənar və icraya nəzarət

Dərkənarların verilməsi, əsas və digər icraçıların, icra müddətinin və icraya nəzarət edən şəxslərin təyin edilməsi.

İcra əməliyyatları

Cavab, əlaqəli və təklif yazışmalarının hazırlanması, icra müddətinin uzadılması, əsas icraçının dəyişdirilməsi, işə alınma və digər icra əməliyyatları.

Ardıcıl və paralel razılaşdırma

Yazışmaların ardıcıl və ya paralel qaydada razılaşdırılması və vizaların alınması.

Təsdiq və elektron imza

Yazışmaların təsdiqə və imzaya təqdim edilməsi, təsdiqlənməsi, elektron imza ilə imzalanması və təşkilatın blank formasının avtomatik formalaşdırılması.

Məxfilik və giriş nəzarəti

Yazışmalara, sənədlərə və əməliyyatlara çıxışın rol, səlahiyyət və məxfilik səviyyələri üzrə idarə olunması.

Bildirişlər və xəbərdarlıqlar

Tapşırıqlar, yazışmalar, icra müddətləri, razılaşdırma, imza və həvalə hadisələri üzrə sistemdaxili və e-poçt bildirişləri.

QR ilə doğrulama

QR kod vasitəsilə yazışmanın elektron nüsxəsinə və imza məlumatlarına çıxış, sənədin və elektron imzanın həqiqiliyinin yoxlanılması.

Sənəd əməliyyatları və versiyalanma

Sənədlərin əlavə edilməsi, yenilənməsi və versiyalarının saxlanılması ilə dəyişikliklərin ardıcıl idarə olunması.

Sənəd şablonları

Məlumat sahələrinin doldurulması ilə ərizə, məktub və digər sənədlərin hazır şablon əsasında avtomatik formalaşdırılması və nəticənin dərhal görüntülənməsi.

Yazışmaların nömrələnməsi

Yazışmaların qanunvericiliyin tələblərinə, müraciət tipinə və müəyyən edilmiş qaydalara uyğun olaraq müvafiq mərhələdə sistem tərəfindən nömrələnməsi.

Mərkəzləşdirilmiş idarəetmə

Rəhbərlik üçün monitorinq

Struktur bölmələr və tabeli təşkilatlar üzrə yazışma və tapşırıqların səlahiyyətlər daxilində izlənməsi və birbaşa idarə olunması, aktiv, baxılmamış, baxılmış və başa çatmış tapşırıqlar üzrə operativ göstəricilər.

Mərkəzləşdirilmiş administrasiya

Əsas və tabeli təşkilatların, struktur bölmələrin, istifadəçilərin, qrupların, rolların və səlahiyyətlərin vahid mühitdən idarə olunması.

Hesabatlar və statistika

Yazışmalar, tapşırıqlar və icra göstəriciləri üzrə hesabatların, o cümlədən Forma 1 və Forma 2 hesabatlarının hazırlanması.

Səlahiyyətlərin həvaləsi

Səlahiyyətlərin və onlara aid tapşırıqların rəhbər təsdiqi ilə seçilmiş müddətə digər əməkdaşa ötürülməsi.

Funksional tənzimləmələr

Nömrələmə qaydalarının və ayrıca sıralamaların, yazışma növləri üzrə blank formalarının və xarici dil variantlarının, eləcə də funksiyaların təşkilat üzrə tənzimlənməsi.

Reyestrlər və parametrlər

Təşkilat və vətəndaş reyestrlərinin, yazışma növlərinin, mövzuların, vəzifələrin və digər təşkilati məlumatların idarə olunması.

Süni intellekt imkanları

İntellektual axtarış

Təbii dildə verilən sorğu əsasında axtarış parametrlərinin avtomatik formalaşdırılması və uyğun yazışmaların tapılması.

Sənədlərin xülasələşdirilməsi

Çoxsəhifəli və uzun sənədlərin əsas məzmununun müəyyənləşdirilməsi, qeydiyyat və yazışmanın yaradılması üçün qısa xülasənin avtomatik hazırlanması.

AI assistent

Eldoc-un funksiyaları və istifadə qaydaları ilə bağlı sualları söhbət formatında cavablandıran virtual köməkçi.

İnteqrasiyalar və məlumat mübadiləsi

RSD Alt Sistemi

Təşkilatlar arasında elektron yazışmaların qəbulu və göndərilməsi, ləğv və geri çağırma əməliyyatları, yazışma statuslarının izlənməsi.

NHAİS

Normativ hüquqi aktlar üzrə təşəbbüs və tapşırıq layihələri, razılaşdırma və vizaların verilməsi, yekun sənədlərin göndərilməsi.

mygov Portal

Vətəndaş müraciətlərinin qəbulu və cavabların portal üzərindən göndərilməsi.

mygov ID

Vahid Giriş Sistemi vasitəsilə Eldoc-a daxilolma.

SİMA İmza

SİMA Token ilə gücləndirilmiş elektron imza inteqrasiyası.

Təşkilati e-poçt

Təşkilata daxil olan e-poçtların qəbulu və xaric olan yazışmaların təşkilatın e-poçt ünvanından göndərilməsi.

İnfrastruktur və təhlükəsizlik

Yerli bulud infrastrukturu və təhlükəsizlik

Məlumatların ölkə daxilində saxlanıldığı, qorunan və nəzarət olunan bulud mühitində yerləşdirmə və infrastruktur dəstəyi.

Performans və miqyaslanma

İstifadəçi sayı və məlumat həcmi artdıqca resursların artan yükə uyğun genişləndirilməsi.

Ehtiyat nüsxələmə və bərpa

Məlumatların müntəzəm ehtiyat nüsxələrinin yaradılması və zərurət yarandıqda bərpası.

Dəstək və inkişaf

Texniki dəstək

Sistemdən istifadə və texniki məsələlərin həlli üzrə davamlı dəstək.

Onlayn təlimlər

İstifadəçilər və administratorlar üçün Eldoc-un imkanları və iş prinsipləri üzrə onlayn təlimlər.

Sistem yenilənmələri

Yeni imkanlar, funksional təkmilləşdirmələr və təhlükəsizlik yeniləmələri.

1 günə elektron sənəd dövriyyəsinə keçin.

Eldoc ilə işə başlayın